Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on iki gündür davam edir.
Tezadlar.az Bülbül Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyliyə istinadla xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. İştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. "Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” və sair kimi şüarlar səsləndirərək etirazlarını davam etdirirlər. Rusiya Sükhməramlıların komandanlıöından isə hələki cavab reaksiyası yoxdur. Humanitar dəhliz üçün isə heç bir problem yoxdur...".
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. AksiyaÇılar etirazlarının tələbləri yerinə yetirilənədək davam etdirəcəklərində israrlıdırlar.
A.Məmmədli