Yanvarın 30-a keçən gecə İranın Mahabad şəhərində, eləcə də Suriya ilə sərhəddə bir sıra partlayışlar baş verib...

Tezadlar.az bildirir ki, bu barədə "BNN Breaking"-in jurnalisti Gurbakshi Singh Chahala Twitter-də yazıb. Jurnalist bildirib ki, burada silah daşıdığı iddia edilən yük maşınlarının karvanı vurulub. Sitat: “İranın Mahabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında partlayışlar baş verib. Partlayışların səbəbi hələlik məlum deyil”. Daha sonra o, əlavə edib ki, İranda silsilə partlayışlar baş verib, bəziləri Suriya ilə sərhəddə olub. “Təhlükəsizlik mənbəsinin bildirdiyinə görə, saat 22:15-də pilotsuz uçan aparat ardıcıl üç hava zərbəsi endirib, birinci xəbərdarlıq, ikinci və üçüncüsü Suriya tərəfindəki ərzaq yardımı bazasına endirilib”, – jurnalist bildirib.
"Jerusalem Post"-un məlumatına görə, bir qrup yük maşını İraq ərazisindən daxil olduqdan sonra Suriyanın şərqində naməlum təyyarələr tərəfindən atəşə tutulub.
Hücum Əbu Kamal şəhəri yaxınlığındakı Əl-Hari kəndində baş verib. "Al Hadath" telekanalı xəbər verib ki, karvan 25 yük maşınından ibarət olub, dörd avtomobildən ibarət ilk qrup keçid məntəqəsini keçə bilib. Yanğın ikinci qrup maşınla yaxınlaşanda açılıb. Nəticədə xəsarət alanlar var. "Al Arabiya"-nın məlumatına görə isə, avtomobillər İrandan gəlib. Kanal yazır ki, onların içində silahlar və digər hərbi sursat daşınırmış. Hesabatda deyilir ki, ən azı iki belə karvan ötən həftə İraqdan Suriyanın şərqindəki Əl-Mayadin şəhərinə “Tehrana sadiq qruplar” üçün nəzərdə tutulmuş yükləri çatdırıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Tezadlar.az xatırladır ki, yanvarın 29-na keçən gecə İranda hərbi infrastruktur obyektlərində silsilə güclü partlayışlar baş verib, bir sıra şəhərlərdə hava hücumu xəbərdarlığı elan edilib. Şərqi Azərbaycan əyalətinin Şəhid-Səlimi şəhərində motor yağları istehsal edən böyük zavodda yanğın baş verib. Hərbi anbar və sursat istehsalı mərkəzi də dronların hücumuna məruz qalıb. Tehranda da partlayış səsləri eşidilib, şahidlərin sözlərinə görə, təyyarələr İran paytaxtı üzərində səmaya qalxıb.
İran Müdafiə Nazirliyi hücumu uğursuzluq adlandırıb. Pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə müdafiə tələlərinə düşərək partlayıb. ABŞ rəsmiləri isə bildiriblər ki, ABŞ İrana zərbələr endirməkdə iştirak etmir. Əl-Ərəbiyyə mənbələri İrandakı hərbi zavoda gecə vaxtı pilotsuz təyyarə hücumunun arxasında İsrailin olduğunu bildirib.

Beləliklə, İranın başı üzərində dron kabusu dolaşır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN