booked.net booked.net  

İnanılmaz hadisə baş verməkdədir: Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğalından əvvəl o zamankı baş nazir Boris Conson ilə telefon danışığında İngiltərəni raket hücumu ilə hədələmişdir.

Tezadlar.az BBC-yə istinadla bildirir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson BBC-nin sənədli filmində Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya müdaxiləsi öncəsi telefon danışığı zamanı onu raketlərlə hədələdiyini açıqlayıb. BBC yazır ki, Putinin müharibə başlamazdan əvvəl dünya liderləri ilə qarşılıqlı münasibətini əks etdirən film bazar ertəsi, yəni bu axşam yayımlanacaq. Sitat: “Bir anda o, məni əsəbi halda bir növ hədələdi və dedi: “Boris, mən səni incitmək istəmirəm, amma raketlə bu, cəmi bir dəqiqə çəkəcək” və digər ifadələr...".

Conson deyir ki, uzun telefon danışığı keçən fevralda baş tutub və Putinin şərhi Consonun Ukraynada müharibənin fəlakətli olacağı barədə xəbərdarlığından sonra gəlib. “Düşünürəm ki, onun çox sakit tonuna, özündə olan dəstəyə əsasən, o, sadəcə olaraq, mənim onu ​​danışıqlara razı salmaq cəhdlərimlə yanaşı oyun oynadı”.

putin

Conson, həmçinin Rusiya prezidentinə Ukraynanın yaxın vaxtlarda NATO-ya üzv olmayacağını çatdırmağa çalışıb və ona xəbərdarlıq edib ki, hər hansı işğal Rusiya sərhədlərində “daha ​​çox NATO, az NATO” demək olacaq. Sitat: “O dedi: “Boris, sən deyirsən ki, Ukrayna tezliklə NATO-ya daxil olmaq niyyətində deyil. Tezliklə nə deməkdir? Mən dedim: “Yaxşı, o, yaxın gələcəkdə NATO-ya qoşulmaq fikrində deyil. Bu sizə aydın oldu, siz bununla razısınızmı???”.
Conson BBC-yə müsahibəsində, həmçinin Rusiya Federasiyasının Ukraynaya müdaxiləsi zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə təhlükəsiz yerə necə köçmək üçün kömək təklif etdiyini də xatırladıb.

Bəli, tarixdə heç nə itmir, unudulmur və nə vaxtsa üzə çıxır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA