Artıq dünyanın ən aparıcı media orqanları Rusiyanın Ukrayna üzərinə qəfil hücuma keçəcəyi barədə məlumat yaymaqdadır...

Nəhayət, bu iddialar rəsmiləşir. Belə ki, “Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək”, -deyən ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun rəsmiləri açıq şəkildə bildirir ki,  həm Qərb, həm Ukrayna, həm də Rusiya mənbələrinin proqnozları bu fikri təsdiqləyir. Sitat: “Həmin mənbələr bildirir ki, Rusiyanın növbəti hücumu qaçılmazdır. NATO Baş katibi Yens Stoltenberq dünən, yanvarın 30-da deyib ki, Rusiya sülh danışıqlarında maraqlı deyil. Onun fikrincə, Moskvanın bütün davranışları bunun əksini göstərir. Stoltenberq, həmçinin deyib ki, Rusiya 200.000-dən çox şəxsi heyəti səfərbər edə bilər. Baş katib Rusiyanın İran və Çşimali Koreya kimi avtoritar dövlətlərlə tərəfdaşlıq etdiyini, onlardan silah-sursat aldığını xüsusi qeyd edib”.

 Ukrayna Quru Qoşunlarının Ehtiyatçılar Şurasının rəhbəri İvan Timoçko Donbasdakı qruplaşmaların gücləndirildiyini söyləyib: “Rusiya qüvvələri daxildəki durum və təzyiqlərin artması ilə əlaqədər olaraq yeni hücuma keçməli olacaq. Stoltenberq və Timoçko bəyanatları onu deməyə əsas verir ki, Rusiya qarşıdakı aylarda növbəti hücum həyata keçirəcək”.

Artıq Rusiya mediasında da bu məzmunlu çağırışlar eşidilir. Lakin həm də səfərbərlikdən qaçıb qonşu ölkələrdə sığınacaq tapanların da sayı az deyil. Məsələn, iş o yerə çatıb ki, son bir ildə Gürcüstana gələn və burada bahalı mülklər alan rusların sayı 20 mini ötüb...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN