Moldova prezidenti Sandu Rusiya ilə bağlı maraqlı iddia ilə çıxış edib...
Prezident bildirib ki, Rusiya “öz adamlarını” həbs etmək və Ukraynaya təzyiq üçün yeni tramplin hazırlamağa başlamaq və bununla da “hakimiyyəti ələ keçirmək” üçün təxribat hazırlayır. Kişinyov Vladimir Zelenskidən alınan Ukrayna kəşfiyyat məlumatlarını yoxlayıb və məlumatın doğruluğunu təsdiqləyib. Kreml ölkədə hakimiyyəti ələ keçirmək üçün xarici təxribatçılardan və daxili müxalifətdən istifadə etmək istəyir. Tezadlar.az Moldovanın yerli “NewsMaker” nəşrinə istinadla bildirir ki, prezidenti Maia Sandu bazar ertəsi, fevralın 13-də keçirdiyi mətbuat konfransında Rusiyanın ölkədə dövlət çevrilişi planlaşdırdığını bildirib.
Xatırladaq ki, fevralın 9-da Brüsseldə keçirilən Aİ sammitində prezident Vladimir Zelenski bildirib ki, Ukrayna kəşfiyyatında Rusiyanın Moldovada siyasi sabitliyi pozmağı planlaşdırdığı məlumatlar var. O, bu məlumatı həmkarı Maia Sanduya ötürdüyünü qeyd edib.
Moldova rəhbəri də öz növbəsində vurğulayıb ki, Ukrayna tərəfdən alınan məlumatlar təsdiqlənib - Kreml həqiqətən də Rusiya Federasiyası, Belarus, Serbiya və Monteneqrodan olan diversantların iştirakı ilə hərbi əməliyyatlar hazırlayır.
Rusiya hakimiyyəti hələki bu siyasi qalmaqala səbəb olacaq iddialara cavab verməyib. Amma faktdır ki, bu iddialar ciddidir.
A.Məmmədli