Sankt-Peterburqda Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə maliyyə təminatı şöbəsinin rəisi, 58 yaşlı Marina Yankinanın meyiti tapılıb.

Tezadlar.az Ria-Novosti-yə istinadla bildirir ki, o, intihar edibtdi. Bu barədə “Fontanka” portalı da yazıb. Qadının ölümü çərşənbə günü, yanvarın 15-də səhər saatlarında məlum olub. Bu evdə 58 yaşlı Marina Yankina yaşayırmış. Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidməti nəşrə qadının onların işçisi olduğunu təsdiqləsə də, başqa şərhlər üçün jurnalisti istintaq orqanlarına yönəldib. Telegram-ın yazdığına görə isə, Marina Yankinanı yaşadığı Zamşina küçəsindəki evinin girişində yoldan keçən bir nəfər tərəfindən ölü tapıb. Görünür, qadın pəncərədən atılıb və ya yıxılıb. "16-cı mərtəbənin ümumi eyvanında 58 yaşlı qadının əşyaları və sənədləri tapılıb - hazırda istintaq orqanları baş verənlərin bütün təfərrüatlarını və səbəblərini araşdırır", - deyə rəsmi məlumatda deyilir.
Marina Yankina Rusiya Federasiyasının Müdafiə Nazirliyinə işə başlamazdan əvvəl Federal Vergi Xidmətində işləyib, eyni zamanda Sankt-Peterburqun Əmlak Münasibətləri Komitəsinin sədr müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Rusiyada “Lukoyl” neft şirkətinin keçmiş top-meneceri Aleksandr Subbotinin də cəsədi tapılmışdı. Milyarder şamanla seans zamanı dünyasını dəyişib. Həmçinin Moskvanın mərkəzində təqaüdçü FSB generalı Yevgeni Lobaçovun özünü güllələdiyi də iddia edilir. Polis hadisə yerinə baxış keçirdikdən sonra 76 yaşlı təqaüdçünün cəsədinin yanında tapança aşkar edib. 

Tezadlar.az xatırladır ki, Ukrayna ilə müharibə başlayandandan bəri bu, iri ranqlı məmurların-rəsmi şəxslərin intiharlarından növbətisidir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN