Sabah Bakıda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.
Konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, MDB ölkələri və Avropanın nüfuzlu hüquqşünasları iştirak edəcəklər.
Konfrans öz işinə Assosiasiyanın prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akdemiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun sədrliyi ilə başlayacaq.
Xatırladırıq ki, konfransın işini işıqlandırmaq üçün «Təzadlar» qəzetinin Baş redaktoru Asif Mərzili və TezadlarTV-nin əməkdaşları da iştirak edəcəklər.
Elçin Məmmədli