Sabiq prezident Mixail Saakaşvili sensasion bəyanat yayıb...

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, "Məni öldürmək üçün baş tutan xüsusi əməliyyatın son mərhələsindəyik - Bu prosesdə “parlamentarilər”, “jurnalistlər”, indi isə klinika iştirak edir",- deyən Gürcüstanın sabiq prezident Saakaşvili əlavə edib: “Vivamed klinikasının həkimlərinin mətbuat konfransında yeganə həqiqət o oldu ki, vəziyyətim ağırdır və sürətlə pisləşir. Klinika praktiki olaraq heç nə edə bilmir. Dedikləri qalan hər şey yalan idi. Bu klinikda mənim əsas xəstəliklərimi müalicə etməkdən imtina etdilər. Xüsusilə, ağır metal zəhərlənməsi, iştahsızlıq və kaxeksiyanın müalicəsini nəzərdə tuturam. Heç kim həyatı və yaşamağı mənim qədər istəməz! Mən Ukraynanın qələbəsinin və bütün Putinistlərin sonunun şahidi olmaq istəyirəm. Mən oliqarxın balaca itlərinə müraciət etmək istəyirəm, Gürcüstandan nəinki 1 milyon, heç 1 tetri belə almamışam. Mənim hardasa o qədər pulum olsaydı, vəkillərin xərclərini ödəmək üçün son torpaq sahəsini satmazdım. Həqiqət budur ki, bütün bunlar Mariya Zaxarovanın bəyanatının kontekstinə uyğundur. Mən Gürcüstanı və dünyanı bu cinayətkar korporasiya qrupunun öz pis əməllərini həyata keçirməyə imkan verməməyə çağırıram".

Hələki Gürcüstanın siyasi hakimiyyəti bu bəyanata münasibət bildirməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN