Polşa prezidenti ötən gün Rusiyada qalmaqal yaradacaq açıqlama yayıb...
"Azad dünya Rusiyanı imperiya ambisiyalarını geridə qoymağa məcbur etməlidir",- deyən Polşa Prezidenti Anjey Duda əlavə edib: “Rusiya dünyanın bir çox ölkəsində sabitliyi pozur. Bu, Rusiyanın öz imperiya ambisiyalarını bərpa etdiyini göstərir. Azad dünya Rusiyanı bu iddialardan əl çəkməyə məcbur etməlidir”. O qeyd edib ki, bu, Polşanın mövqeyidir və ona görə də ölkəsi Ukraynanı dəstəkləyir. Duda Rusiyanın təsir etməyə çalışdığı ölkələri, xüsusilə Gürcüstan, Moldova və Suriyanı sadalayıb: “Sadə dillə desək, Rusiya bir növ müstəmləkəçilik ambisiyaları olan imperiyadır. O başqa xalqları və başqa ölkələri özünə tabe etmək istəyir. Bundan qazanc əldə etmək istəyir. Bunun ən yaxşı nümunəsi isə bugünkü Ukraynadır”.
Prezidentin bu sözləri Rusiya mediaslnda geniş mzakirə olunur. Rusiya mətbuatı və siyasi ekspertlər bu bəyanatı Ukrayna ilə olan məlum münaqişənin daha da qızışdırılmaslna xidmət kimi qiymətləndirirlər.
A.Məmmədli