Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanacağını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Paşinyan sosial media hesabında qeyd edib. O bildirib ki, bu ən yüksək səviyyədə alınan birgə rəsmi bəyanatlara əsaslanacaq: “Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanacaq və bu, ən yüksək səviyyədə alınan birgə rəsmi bəyanatlara əsaslanacaq. Yeni eskalasiya olmayacaq! Beynəlxalq ictimaiyyət bu povesti qətiyyətlə dəstəkləməlidir”, - deyə Nikol Paşinyan qeyd edib.
Ermənistan bölgədə bir parazit və terrorçu yuvası kimi ortadadır. Ölkə siyasətçilərinin naşılığı bu qondarma ölkəni zəlil günə qoyub. İndi gec də olsa qonşuları, xüsusən də Azərbaycanla sülh şəraitində yaşamağa məhkumdur.
A.Məmmədli