booked.netbooked.net booked.net  

Dünya mətbuatı yazır ki, "The New York Times" (NTY) qəzetinin baş redaktoru işçilərə COVID-19-un mənşəyini araşdırmağı qadağan edib.  "The New York Times"in işçilərindən birinin sözlərinə görə, 2020-ci ilin əvvəlində qəzetin baş redaktoruna koronavirusun mənşəyini araşdırmaq istədiyini deyib, amma bu barədə yazmağın təhlükəli olduğu barədə cavab alıb. "COVID-19-un süni şəkildə yaradıldığı və ya laboratoriyadan təsadüfən sızması nəticəsində pandemiyaya çevrilməsi barədə hər hansı bir materialın yazılması müqavimətlə qarşılanıb", - deyə jurnalist əlavə edib.
***
O da məlum olur ki, Çin rəsmiləri rəsmən Amerikanın Merilend ştatında yerləşən “Fort-Detrik” hərbi bazası yaxınlığında yerləşən “Yoluxucu Xəstəliklərin Araşdırılması İnstitutu”nda yoxlama aparılmasına dair 33 dəfə çağırış edib. Qarşı tərəf bütün çağırışları eşitməz olub
Bəli, bəşəriyyətə sarsıdıcı zərbə vurulur, kütləvi ölüm davam edir, illərdir ki, insanlar normal yaşam tərzindən məhrum olub... Belə görünür ki, biz həqiqəti bilə bilməyəcəyik. Amma inanmağa dəyir ki, dünyanı lərzəyə salan bu qalmaqallı və beynəlxalq narahatlıq yaradan hadisəyə aydınlıq gətiriləcək. Hətta bu şübhələr barədə ÜST-ün baş direktoru bir müddət əvvəl bu şübhələrə əsasların olduğunu söyləmişdi.
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN