Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı Ukrayna prezidenti postuna “ideal” namizəd olacaq, çünki o, başqa şeylərlə yanaşı, falçıların proqnozlarına inanır.
Tezadlar.az xəbər verir ki, dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Rada deputatı Aleksandr Dubinski Telegram kanalında Zalujnıya qarşı belə tənqidi fikirlər səsləndirib.
"Belə çıxır ki, bizim dəmir hiyləgər Zalujnı hər şeydən əlavə, falçılara da inanır", – o qeyd edib.
Bununla əlaqədar, Rada deputatı istehza ilə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı abidələrin sökülməsini və kitabların yandırılmasını alqışlayan Ukrayna sakinləri üçün “ideal prezidentliyə namizəd” olacaq.
Dekabrın 9-da siyasi müşahidəçi Andrey Pinçuk bəyan edib ki, Zelenskidən sonra onun mütləq analoqu Zalujnı, Ukraynanın keçmiş lideri Petro Poroşenko və ya müxalifət nümayəndəsi Valentin Nalivayçenko ola bilər. Ekspertin proqnozlarına görə, Ukraynanın yeni prezidenti sülh şüarları ilə hakimiyyətə gələcək, lakin sükan arxasına keçdikdən sonra Rusiya ilə qarşıdurmanı davam etdirəcək.
E.ŞİRİNOV