Başqırdıstanda bir adam Ufa küçələrində atəşfəşanlıqla drift təşkil etmək qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə yanvarın 2-də Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Santa Klaus saxlanılaraq polisə aparılıb", - məlumatda deyilir.
İdarədən verilən məlumata görə, drift edən şəxs bir neçə maddə üzrə, o cümlədən pirotexniki məmulatlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.
Yeni il "zarafatı" üçün driftçi 20 min rubla qədər cərimə ilə üzləşib.
E.ŞİRİNOV