Dünən Tehranda  İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyanın diplomatiya yaraşmayan hərəkəti erməni mətbuatında ciddi tənqidə, hətta təhqirə məruz qalıb. Belə ki, Paşinyan mərasim zamanı telefonla oynayıb. 

news.am saytı xəbər verir ki, Paşinyanın bu hərəkətini barədə Ermənistanın Respublika Partiyasının vitse-sədri Armen Aşotyan Facebook səhifəsində bildirib. "Bu idiot diplomatiyanın nədən ibarət olduğunu, mədəniyyətin nə olduğunu, tərbiyənin nə olduğunu, məsuliyyətin nə olduğunu heç vaxt başa düşməyib. Şərqdə bu cür hörmətsizlik və tərbiyəsizlik halları unudulmur və bağışlanmır", - deyə o qeyd edib.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN