Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində (Bir zamanlar  Böyük Vətən Müharibəsi adlandırardıq) Qələbənin 78-ci ildönümü münasibətilə MDB dövlətlərinin başçılarına, o cümlədən Gürcüstan və Moldova xalqlarına təbrik teleqramları göndərib.

Bu barədə Kremlin mətbuat xidməti  məlumat yayıb.

 “Bu gün bizim mənəvi borcumuz atalarımızın və babalarımızın vəsiyyət etdiyi dostluq və qarşılıqlı yardım ənənələrini müqəddəs şəkildə qoruyub saxlamaq, Böyük Vətən Müharibəsi ilə bağlı tarixi həqiqətlərin təhrif edilməsinə, habelə nasistlərin, onların ortaqlarının və hazırkı ideoloji varislərinin haqq qazandırmalarına yol verməməkdir”, - deyə Vladimir Putin qeyd edib.

Həmçinin o, təbrikində vurğulayıb ki, Böyük Qələbənin mənəvi irsi bundan sonra da Birlik ölkələri arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

 Sonda Putin veteranlara və arxa cəbhə işçilərinə təşəkkür edib, onlara ruh gücü, firavanlıq və uzun ömür arzulayıb.

Xatırladaq ki, 1941–1945-ci illərdə Azərbaycandan 600 mindən çox qadın və kişi cəbhəyə getmişdir. Qısa müddət ərzində ölkə ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir.

Rusiyanın faşizm üzərində qələbəsi asan başa gəlməyib. 27 milyon sovet insanının həyatı bahasına baş verib

Rusiyanın alman faşizmi üzərində qələbə qazanması üçün 300 mindən çox Azərbaycanlı canından keçib...

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN