Prezidentliyə CHP-dən namizəd Kılıçdaroğlunun "Yol xəritəsi"ndə Azərbaycanın adının olmaması Türkiyədə sərt qınanmaqdadır...
"Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzurdan və Qarabağdan keçir", -deyənTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kılıçdaroğluna xitabən bildirib ki, Türkiyə Azərbaycandan heç bir zaman yan keçməyəcək: “Azərbaycandan nə istəyirsiniz? Azərbaycan Qarabağı geri alanda hər cür dəstəyi verdik. Təəssüf ki, siz həmin vaxt Türkiyə Azərbaycanı dəstəklədi dediniz. Azərbaycan niyə hərb meydanına endi? Öz torpaqlarını geri almaq üçün. Azərbaycan Ermənistanın torpaqlarına hücum etməyib ki?”.
Tezadlar.az CNN-Türk-ə istinadla xatırladır ki, Çavuşoğlu bildiribki, bu gün Türkiyə böyük türk dünyasını birləşdirir: “Öz milli müdafiə sistemlərimiz var. Düşmənə möhtac deyilik. Bu gün Türkiyə böyük türk dünyasını birləşdirir. Bu gün Türkiyə Türk Dövlətləri Təşkilatının arzusunu, yəni türk dünyasının birləşmək arzusunu həyata keçirən bir ölkədir".
Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıcdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb. Belə ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir.
Türkiyə ictimaiyyəti də Kılıçdaroğlunun məlum mövqeyinə görə qınamaqdadır...
A.Məmmədli