booked.net booked.net  

İsrailin "Luchsheye radio"sunun üzvü, "Sputnik" qəzetinin təsisçisi, ölkənin rusdilli AVIV telekanalının baş redaktoru Mark Qorin "Təzadlar" qəzetinin 30 illik yubileyi münasibətilə bağlı redaksiyaya video təbrikini göndərib...

Cənab Mark Qorin Azərbaycan həqiqətlərini dünyaya çatdıran "Təzadlar" qəzetinin fəaliyyətini nəşrin saytı vasitəsilə İsraildə də izlədiyini qeyd edərək kollektivə bu məsuliyyətli və çətin işdə uğurlar arzulayıb. 
Əslən bakılı olan, Azərbaycanın yaxın dostu Mark Qorin rəhbəri olduğu '"Sputnik" qəzetində Azərbaycanla bağlı dərc edilən yazıların "Təzadlar"ın səhifələrində (eləcə də qəzetin saytında) yayımlanmasından həmişə şad olduğunu, bu əməkdaşlığın Azərbaycan-İsrail dostluğuna bir töhfə olduğunu bildirərək bir daha qəzetin 30 illik yubileyini ürəkdən təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayır (video çıxış yayıma hazır olanda əlavə təqdim ediləcək).

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN