PAŞİNYAN PUTİNLƏ GÖRÜŞDÜ VƏ ARZUSUNU BİLDİRDİ: AZƏRBAYCAN DƏMİR YOLLARI QAPILARINI ERMƏNİSTANA AÇSIN...

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən əvvəl Kremldə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıq olub.

"Məsələlər çox mühüm, həssasdır. Əminəm ki, əgər biz bütün çətinliklərə baxmayaraq, nəhayət, bu məsələlərin həllinə nail olsaq, şübhəsiz ki, bu həm Ermənistana, həm də Azərbaycana xeyir verəcək”, - deyib.

O, həmçinin diqqətə çatdırıb ki, bu təkcə iki ölkəyə deyil, həm də bütün regionun mənafeyi üçün töhfə verəcək.

 Bugünkü dialoqun faydalı olacağına əminliyini ifadə edib.

 Nikol Paşinyan yenə də  “Laçın dəhlizinin blokada”sından və bu “bloklanmada” Rusiya sülhməramlılarının iştirak etməsindən danışıb.

 Sonra Ermənistanın baş naziri bildirib ki, İrəvan nəqliyyat kommunikasiyası məsələsinin həllində maraqlıdır.

 O, əlavə edib ki, Ermənistan Azərbaycandan dəmir yolu tranziti üçün fürsət gözləyir. Paşinyan Azərbaycanın dəmir yol qapılarının Ermənistan qatarlarının üzünə açılmasını və  Azərbaycan Respublikası - Naxçıvan vasitəsilə Rusiyaya, İrana... dəmir yolu yüklərini daşımaq arzusunda olduqlarını da dilə gətirib...

Putin də öz növbəsində qeyd edib ki, Moskvanın Laçın dəhlizi ilə bağlı üçtərəfli bəyanatla bağlı mövqeyi dəyişməz olaraq qalır.

"Hər kəs üçtərəfli bəyanatımızın ruhuna və hərfinə uyğun olmalıdır. Bizim burada mövqeyimiz dəyişməyib", - deyə o, Paşinyana xatırladıb.

 Həmçinin diqqətə çatdırıb ki, nəqliyyat marşrutlarının açılması məsələsində də Rusiya tərəfinin mövqeyi sabitdir və vəziyyət Azərbaycan tərəfinin mövqeyi ilə də oxşardır.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN