NEWS.am saytı xəbər verir ki,Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Dağlıq Qarabağa gəlib.
Sarqsyanı Dağlıq Qarabağın keçmiş "prezidenti" Bako Saakyan və Yeparxiyasının rəhbəri AAC yepiskop Vrtanes Abramyan müşayiət ediblər. Səfər zamanı onlar Амарас monastırın bərpası ilə bağlı görülən işlərlə tanış olublar.
Qeyd edək ki, monastra gələnləri Rusiya sülhməramlılarının müşayiəti edir. Təkcə ötən həftə ərzində monastra 1 mindən adam buraxılıb.
Sarqsyanın Xankəndinə bu qədər sərbəst gəlməsi Azərbaycan dövlətinə qarşı edilmiş bir jestdir. O mənanı verir ki, Azərbaycanın Dağlıq Qarabağda heç bir hüququ yoxdur və yenə də "Qarabağ Ermənistanındır" şüarının həyasızcasına bəyan edilməsidir. Nə vaxta kimi sarqsyanların,koçaryanların, paşinyanların Dağlıq Qarabağa bu cür səfərlərinə göz yumacağıq? Su yoluna döndəriblər Qarabağ torpağını.
Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan belə bir bəyanat verib ki, sərhədi keçən azərbaycanlını öldürün. Deməli, ermənilər sərbəst şəkildə Azərbaycan torpağına heç kimi vecinə almadan keə bilər, amma biz onları öldürə bilmərik. Öldürmək nədir, heç qaşın üstündə gözün də deyə bilmərik. İndi əli azərbaycanlıların qanına bulaşmış bu Sarqsyan necə olur ki, Dağlıq Qarabağda özünü bu qədər sərbəst hiss edir?
Müdafiə Nazirliyimiz bəyanat verir ki, adekvat addımlar atılacaq. Nə vaxt? Qaldırın göyə bir dənə kamikadze dronu, sarqsyann başını elə o monastırda əzsin ki, başqa ermənilərə də görk olsun. Rus işğalçıları da bu cür müşayiət etmələrindən əl çəkər. Göünr nə günə qalmışıq ki, rus əsgəri bizim torpaqlarda ağalıq edir,erməniləri himayə edir, erməni silahlılarını öz yanlarında yerləşdirirlər. İti qovman kimi qovmaq lazımdır onları, vəssalam. Yoxsa,yerlərini möhkəmlətdikdən sonra bizə qarşı hər cür təxribatlar törədəcəklər.
Hələlik isə, Sarqsyan Xankəndində kef eləyir.
Şakir QURBANOV