Pakistanda hər il avqustun 14-də Müstəqillik Günü qeyd olunur.

 Pakistan 1947-ci ildə Britaniya Hindistanının süqutunun ardından suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionların bölgüsü üzrə müstəqil müsəlman dövlətinin yaradılmasına yönələn Pakistan hərəkatının nəticəsində yaranıb. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başladılıb. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən qədr gecəsi ərəfəsinə Ramazanın 27-ci gününə təsadüf etmişdi.

Pakistan Day! ??? – ishajeehanaqvi

Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Gün ərzində adi bayram tədbirləri və şənliklərə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur. Vətəndaşlar öz evlərinin yuxarısına milli bayrağı qaldırırlar və ya nəqliyyat vasitələri və geyimlərində nəzərə çarpacaq dərəcədə bu bayramı nümayiş etdirirlər.

Bu bayramı necə qeyd edirlər?

Qızlar bayramı qeyd etmək üçün gecəyarısı şamları yandırırlar.

Minar-e-Pakistan müstəqilliyin şərəfinə tam işıqlandırılır.

Müstəqillik günü Pakistanda müşahidə olunan altı dövlət bayramından biridir və bütün ölkə miqyasında qeyd edilir. Müstəqillik günü bayram tədbirləri, görüşlər üçün planların hazırlanması və tamamlanması, yerli hökumət tərəfindən hökumət rəsmiləri, diplomatlar və siyasətçilərin iştirakı ilə əyalət paytaxtlarında keçirilir. Avqust ayı başlayan kimi, milli bayraqlar, bayraq ağacı, elanlar və plakatlar, milli qəhrəmanların şəkilləri və digər bayram əşyaların satışı üzrə bütün ölkə ərazisində xüsusi köşklər və mağazalar yaradılır. Nəqliyyat vasitələri, özəl binalar, evlər, küçələr milli bayraq və bayraq ağacları ilə bəzədilir. Müxtəlif təşkilatlar, təhsil müəssisələri və dövlət idarələri müstəqillik gününə yaxınlaşan günlərdə seminarlar, idman yarışları, sosial və mədəni tədbirlər təşkil edir. Kəraçidə bayram üçün kampaniyalar Mazar-e-Kaydda hazırlıq və təmizləmə işlərinə başlayırlar.

Gün ölkə üzrə məscid və dini yerlərdə Pakistanın bütövlüyü, həmrəylik və inkişafı üçün xüsusi xeyir-dua ilə başlayır. Rəsmi bayram tədbirləri İslamabadda təşkil olunur və paytaxtda 31 yaylım atəşindən, əyalət paytaxtlarında isə 21 yaylım atəşindən sonra Parlament evində və Prezident iqamətgahında dövlət bayrağının qaldırılmasından başlayır. Pakistanın prezidenti və Baş Naziri canlı televiziya verilişlərində çıxış edir. Hökumət rəsmiləri və digər siyasi liderlər Pakistanın nailiyyətlərini vurğulayaraq, müxtəlif aksiyalar və tədbirlər zamanı nitqləri ilə çıxış edir, gələcək üçün məqsədləri müəyyənləşdirir və milli qəhrəmanların mübarizəsini və səylərini yüksək qiymətləndirirlər. Milli bayraqlar Kəraçidə Cinnah məqbərəsinə aparan Şara-e-Feysal, Şara-e-Quaiden və Mazar-e-Kayd yolu boyu nümayiş etdirilir. Lahorda 1940-cı ildə Pakistan qətnaməsinin qəbul edildiyi yerdə yerləşən Minar-e-Pakistan Pakistanın yaradılmasında onun əhəmiyyətini göstərmək üçün müstəqillik günü ərəfəsində tam işıqlandırılır.

Müstəqillik günü paradlar və digər tədbirlərdə iştirak edən vətəndaşlar adətən, Pakistanın rəsmi rəngləri olan yaşıl və ağ rənglərdə paltarlar geyinirlər.[Parlament evi, Ali məhkəmə və Prezident evi , o cümlədən müxtəlif hökumət binaları parlaq rənglərlə işıqlandırılır və bəzədilir.[33] Küçə və evlər şamlar, neft lampaları və vımpellərlə bəzədilir və bayramın bir hissəsi kimi atəşfəşanlıq təşkil olunur. Bayrağın qaldırılması ilə yanaşı, milli himn müstəqillik günündə müxtəlif dövlət yerləri, məktəblər, yaşayış evləri və qəbirüstü abidələrdə ifa olunur. Pakistan Ordusunun şəhidlərinə və Pakistanın ən yüksək hərbi mükafatı olan Nişan-e-Hayder mükafatı ilə təltif olunmuşlara, siyasi xadimlərə, tanınmış incəsənət xadimlərinə və alimlərə, 1947-ci ildə Pakistanın müstəqilliyi dövründə miqrasiya və kütləvi iğtişaşlarda həlak olmuş insanlara ehtiram göstərilir.

Milli qəbirüstü abidələrdə qvardiyanın dəyişdirilməsi həyata keçirilir. Ölkə şəhərlərində bayraq qaldırma mərasimi müvafiq seçki dairəsinə üzv olan nazim (bələdiyyə rəisi) tərəfindən həyata keçirilir. Müxtəlif özəl təşkilatlarda mərasimi təşkilatın yüksək rütbəli zabiti tərəfindən aparılır. Pakistan diasporu da dünyanın hər yerində müxtəlif ölkələrdə, xüsusilə də böyük Pakistan icmaların olduğu ölkələrdə müstəqillik gününü qeyd edir.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN