Neft Daşlarındaki avtomobil parki çox bərbad gundədir və heç bir standartlara cavab vermir.
Bunu TEZADLAR.AZ-a Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib.
O, qeyd edib ki, Neft Daşlarında elə texnikalar var ki, heç dunyada analoqu yoxdur:
"Rusiyanin zavodlari o texnikani gorsə dəhşətə gələr: Qaz 54-də qoyulan traktor motorundan tutmuş, Əfqanıstan müharibəsindən gətirilən "Vilis", "Zil", "Qaz 66"ya kimi nə desən, var. Bu utilizasiyadan ağzi köpüklü danışanlar vətəndaşdan əvvəl gəlsinlər olkənin bir nomrəli şirkətini təftiş eləsinlər hələ... Yalan olmasa, hər bir texnika sənəd uzərində 5-6 dəfə yenilənib...", - deyə hüquq müdafiəçisi vurğulayıb.
Həmçinin diqqətə çatdırıb ki, ona verilən məlumata görə, bir cox texnikanın "sürülərdə xəstə danalarda olduğu kimi" ozü ilə gəzdirdiyi vedrəsi var - sürücü harada saxladısa, o vedrəni altina qoyur ki, həmin avtomobildən və ya bakından yerə yağ dammasin...
"Mədənçilərdə fontana qarşi mübarizə komandasi olan kimi qarajın da buna gorə xüsusi təyinatlı dəstəsi və alət avadanliği var - avtomobilin arxasında qum-sementlə dolu qablar və çalovların köməyi ilə həmin sızmaların izi itirilir...
Ozü də maraqlı məqam orasıdir ki, texnikanin altindaki bu vedrə- ləyəni şirkətdən hər dəfə DFK-a kimi gələn nümayəndələr də görür, hətta şəklin də cəkir, amma yazıqlar neyləsin, hamı hər şeyi cox gözəl başa düşür... Onu telefon və ya fotoaparat ilə cəkməklə deyil ki, onu cəkib nəticə əldə etmək ucun əslində DRON lazimdir", - deyə Mirvari Qəhrəmanlı işçilərin ona verdiyi məlumatdan sitat da gətirib.
JASMİN