Azərbaycanın Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərin parklanmasının ödənişsiz olacağı ərazilər müəyyənləşib.

TEZADLAR.AZ xəbər verir ki,  bu, Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən və sabahdan qüvvəyə minən “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ndə əksini tapıb.

Paytaxt Bakıda IV zonada, Gəncə və Sumqayıt şəhərləri üzrə isə II zonalarda nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş alınmayacaq.

Həmçinin nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. Eyni zamanda, nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanacaq. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayacaqlar.

 Qeyd edək ki, ölkənin digər şəhərlərində isə zona prinsipi tətbiq olunmayıb və bu şəhərlərdə avtomobillərin parklanması ödənişsiz olacaq.

parklanmaa

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN