Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətindən "Təzadlar"a bildirilib ki, icra başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Hacallı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə kənd qazlaşdırılıb, kəndin 7 km daxili yolları və 4 km baş yolu qum-çınqılla əsaslı təmir edilib, içməli su üçün 1 ədəd subartezian quyusu qazılıb, kəndin elektrik və telefon-rabitə xətlərinin kabelləşdirilməsinə başlanıb. 2022-ci ildə 70 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 40 sentner məhsul götürməklə 280 ton pambıq istehsal edilmişdir. 2022-ci ildə 3 nəfər kümçü 8 qutu ipək qurdu saxlanmış, hər qutudan 42 kq olmaqla cəmi 336 kq barama istehsal edilmişdir. 2023-cü ildə ərazidə 45 hektar pambıq əkilmişdir. Pambığın 3-cü kompleks becərməsi başa çatdırılmışdır.

vidadi-2

 Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Elbəyi Məmmədov Hacallı kəndinin elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin elektrik şəbəkəsinin yenidən qurulması, Cəlil Nadirov kəndin ərazisində olan 4 ədəd  artezian quyusunun dərinlik nasoslarının  texniki normaya gətirilməsi, Arif Əhmədov kənddə internetin sürətinin aşağı olması, Malik Quliyev kənd tam orta məktəbinin 1964-cü il ildə tikildiyini və qəzalı vəziyyətdə olduğunu bildirərək yeni məktəb binasının tikilməsi, Tofiq Uğurluyev himayəsində 1-ci qrup əlilliyi olan övladına əlil arabası verilməsi, Həmid Əliyev kəndin 52 təsərrüfatdan ibarət məhəlləsində elektrik enerjisinin gərginliyinin artırılması və 1 ədəd 0,4 kV-luq işıq dirəyinin qəzalı olduğu üçün dəyişilməsi, Süleyman Məmmədov kəndin 0,2 km uzunluqda suvarma arxının lildən təmizlənməsi  barədə müraciətlər etmişlər. Müraciətlərlə əlaqədar tədbirlər görülmüş, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.

Xatırladırıq ki, İcra başçısı Vidadi İsayevin yerlərdə səyyar görüşləri ənənə halını alıb. 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN