Müharibə başlayandan bu günədək Rusiya Ukraynada 250 000-dən çox əsgərini itirib.

Tezadlar.az CNn-Türkə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Rusiyanın digər döyüş itkiləri bunlardır: 4 244 tank, 8 270 zirehli texnika, 4 977 artilleriya sistemi, 315 döyüş təyyarəsi, 311 helikopter, 7 451 nəqliyyat vasitəsi və yanacaq çəni, 18 gəmi/qayıq, 4 153 İHA və xüsusi texnikam 1377 qanadlı raket. Ukrayna silahlı qüvvələri həmçinin bazar günü Krımı və Ukraynanın cənubunun Rusiya tərəfindən işğal olunmuş hissəsini birləşdirən iki körpüyə raket hücumu həyata keçirdiklərini təsdiqləyib.
 O da deyilir ki, Ukrayna özünümüdafiə qüvvələri işğalçıların iki əsas kommunikasiya marşrutunu - Çonhar və Heniçesk avtomobil körpüsünü vurub. 

Müharibə isə davam edir.

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN