“Fransanın anti-Azərbaycan təbliğatı davam edir”.
Tezadlar.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində belə yazıb. H.Hacıyev bildirib ki, Fransanın “France24” məqaləsində Azərbaycanlı qadının 2020-ci ildə çəkilən fotosu “erməniləşdirilib”: “Bu, təbliğatın iyrənc formasıdır. Obyektivlikdən, jurnalist etikasından uzaqdır”.