Xəbər verildiyi kimi, Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.

Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.

Sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.

Bu səfər çərçivəsində ən maraqlı hadisə isə dövlət başçımızın "İstisu" sanatoriyasından paylaşım etməsidir. Bu kadrlara baxdıqca, uşaqlıq və gənclik illərimiz yada düşür. Çünki, Ağdam rayonunun təsərrüfat obyektləri, çobanlar, sadə sakinnlər hər il may ayının 1-dən avqustun 31-ə kimi həmin o "İstisu" yaylaqlarında olurdular. Əsrarəngiz təbiəti, gözəl bulaqları, istisu mineral suyu ilə adamı valeh edirdi Kəlbəcər torpağı.

Mənfur düşmənlərimiz Kəlbəcəri, o cümlədən "İstisu" sanatoriyasını da darmadağın etmişlər. İlham Əliyev ermənilərin bu vandalizmiyini, vəhşiliyini sübut edən kadrlarda həmin o əraziləri yenidən quracağımızı, daha da gözəlləşdirəcəyimizi bildirir.

Paylaşımı təqdim edirik:

 

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN