Bu gün 1963-cü il təvəllüdlü Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.
Baş prokurorluğun Mətbuat xidmətindən "Təzadlar"a bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.
Lakin o, bir müddət idi ki, səhhətində yaranmış problemlə bağlı müalicə alırdı.
Allah rəhmət eləsin!