"Xankəndində Araik Arutyunyanın tərəfdarları və əleyhdarları arasında ilk silahlı qarşıdurma olub. Yerli mənbələrin məlumatına görə, "naməlum şəxslər Arsax prezidentinin iqamətgahı istiqamətində atəş açıb".
Az sonra sosial şəbəkədə silahlı insanların göründüyü və atəş səslərinin eşidildiyi videogörüntü yayılıb. Xəsarət alanların olub-olmadığı məlum deyil. Amma bu gün yerli polis “prezidentin iqamətgahı”na silahlı basqın faktını təsdiqləyib. Faktla baglı iki nəfər həbs edilib. Baş verənlərlə bağlı başqa izahat verilməyib.
Məlum olduğu kimi, son günlər bir tərəfdən Araik Arutyunyan, digər tərəfdən David İşxanyan və keçmiş qindarma "dövlət naziri" Ruben Vardanyan arasında münasibətlər gərginləşib. Hər iki tərəf bir-birini Qarabağın maraqlarına xəyanətdə ittiham edib və qətiyyətli addımlar atmağa çağırıb. Arutyunyanın silahlı tərəfdarları artıq "parlamentə" hücum ediblər və "hökuməti" devirməklə hədələyiblər.
Deyəsən, Laçın yolu Azərbaycanın tam nəzarətinə keçəndən sonra Qarabğda müvəqqəti məskunlaşmış ermənilər bir- birini didməyə başlayıb. Çevrənin daraldığını görən separatçılar isə hələki çıxış yolu tapa bilmirlər. Yol isə birdir: ya rədd olub Qarabağdan getməlidirlər, ya da Azərbaycandan əfv diləmək...
A.Məmmədli