Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.

Tezadlar.az verir ki, bu barədə "Hraparak" qəzeti Ermənistan hökumətindəki mənbəsinə istinadən yazıb. Nəşrin xəbərinə görə, sentyabrın 9-da Ermənistan Baş naziri ABŞ dövlət katibi, Fransa Prezidenti, Almaniya Kansleri, İran Prezidenti və Gürcüstan Baş naziri ilə telefon əlaqəsi saxlayıb. İki gün sonra isə o, Putinlə əlaqə saxlamağa çalışıb. Bir neçə gün sonra isə Baş nazir Paşinyan qeyri-müəyyən şəkildə bildirib ki, o, Putinlə daimi təmasdadır və Rusiya Prezidenti Ermənistan və Qarabağ ətrafındakı vəziyyətdən xəbərdardır. Putin də həmçinin bildirib ki, o Paşinyandan “geniş məktub alıb”. Sitat: "Hökumətdəki mənbələrimizə görə, Paşinyan zəng edib, lakin Kremldən ona cavab verilməyib, bundan sonra o, Vladimir Vladimiroviçə geniş məktub göndərib və Putin bunu Vladivostok konfransında bildirib. Hakimiyyətə yaxın mənbə deyir ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onların Rusiyaya qarşı olmadığına inandırıb. Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb".

Bəli, yüz illər Rusiyanın hesabına parazit kimi yaşamış Ermənistanın siyasi rəhbərliyi indi başa düşməlidir ki, bölgədə özünü reket kimi aparan bir qondarma ölkə sonda belə bir duruma qalmalı idi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA