"Vladimir Putinin yeganə ideyası Ukraynanı məhv etməkdir, o, danışıqlarda yalnız öz qoşunlarını gücləndirmək üçün istifadə etmək istəyir".

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildiri ki, bu sözləri Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin müşaviri Mixail Podoliak deyib. Onun sözlərinə görə, Rusiya ilə danışıqlar yalnız Haaqada aparıla bilər və beynəlxalq ictimaiyyətin bunu anlamasının vaxtı çatıb. Sitat: "Nə haqqında danışıqlar aparaq? Bir adam yad əraziyə girib, insanları öldürür. Onunla nə danışaq? Bəs sülh? Xeyr, bu sülh danışıqları deyil. O, təslim olmağı təklif edir. Putinə danışıqlar adı ilə fasilə Ukrayna ərazisinə daha çox hərbçi yerləşdirmək üçün lazımdır".

 Xatırlatma: Rusiya prezidenti Vladimir Putin çıxışında bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib... Amma ABŞ və Aİ buna mane olur, Ukraynanı danışıqlardan kənarlaşdırır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN