ABŞ prezidenti Bayden bu gün maraqlı açıqlama ilə çıxış edib...
"Həmas və Putinin ortaq cəhəti odur ki, hər ikisi qonşu demokratiyaların tamamilə məhv olmasını istəyir - biz Həmas və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilmərik və verməyəcəyik"- deyən Bayden videomüraciəti zamanı deyib ki, İsrailə qarşı hücumlar və Ukraynaya müdaxilənin ümumi motivi var. Sitat: “Həmas və Putin fərqli təhdidlər təqdim edir, lakin onların ortaq cəhəti budur: hər ikisi qonşu demokratiyanın tamamilə məhv edilməsini istəyir. Mən bilirəm ki, bu münaqişələr çox uzaq görünə bilər və bunun Amerika üçün nə üçün vacib olduğunu soruşmaq təbiidir, ona görə də icazə verin, İsrail və Ukraynanın uğurunun Amerikanın milli təhlükəsizliyi üçün niyə həyati əhəmiyyət daşıdığını sizinlə bölüşüm. Tarix bizə öyrətdi ki, terrorçular terrorlarının bədəlini ödəmədikdə, diktatorlar təcavüzlərinin bədəlini ödəmədikdə, daha çox xaosa, daha çox ölümə və daha çox dağıntıya səbəb olurlar".
Tezadlar.az CNN- ə istinadla xatırladır ki, Bayden açıq şəkildə deyib ki, ABŞ “Putinin Ukraynada hakimiyyət və nəzarət iştahını dayandırmağa” kömək etməsə, o, Ukraynaya müdaxiləni dayandırmayacaq və Polşa və ya Baltikyanı ölkələrə keçəcək... Bu isə ciddi siqnaldır.
A.Məmmədli