İnsanlar arasında məhkəmə çəkişməsinin mənası var, çünki bir-birini anlaya bilməyiblər və məhkəməyə müraciət ediblər...

Amma iki dövlət qurumu arasında məhkəmə çəkişməsi başadüşülən deyil. Dövlətin iki qurumu bir-birinin dilini bilmirsə, daha adi vətəndaşa nə deyək?!

Budur, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini məhkəməyə verib. Bu barədə “Aztelekom” məlumat yayıb. Məlum olur ki, Dövlət Xidmətinin “Aztelekom”a qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi məhkəmə qaydasında mübahisələndirilib. Hazırda iş üzrə məhkəmə araşdırması davam edir. Hansı ki, iyunun 14-də Dövlət Xidməti “Aztelekom”, eləcə də nazirliyə məxsus “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə “qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması” hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlərin göstərdiyi data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16 500 manat maliyyə sanksiyası tətbiq edilib.

 Beləliklə, hesab eləsək ki, məhkəmə müstəqildir, amma dövlətə tabedir, çünki dövlətin adından qərar çıxarır, onda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Aztelekom” MMC-si ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dilini hakim tapacaq... Bəs deyirdilər bizdə dövlət dili Azərbaycan dilidir... Dövlətin iki nazirliyində Azərbaycan dilini yaxşı bilən yoxdur ki?!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN