İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəldi... 

Lakin bu qərarın nisbi xarakterli olduğunu real vəziyyətdən də görmək mümkündür... Tezadlar.az İsrailin "Sputnik" portalına istinadla bildirir ki, atəşkəsdə vasitəçilik etmiş Qətər Xarici İşlər Nazirliyinin rəsmisi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vəziyyət nəzarətdə saxlanılır, amma hər şey nisbidir.  Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Raşvan isə deyib ki, yeni saziş 20 israilli girovun İsrail həbsxanalarında saxlanılan 60 fələstinli ilə dəyişdirilməsini nəzərdə tutur. HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib. Rejimin müddəti bu gün tamamlanırdı. Tərəflərin isə hələki bir- birinə tam etibarı yox kimidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN