...Tıxac Bakı sakinlərinin və qonaqların gündəlik problemlərindən ən vacibinə çevrilib...

Lakin çox maraqlıdır ki, çıxış yolunu göstərən də yoxdur... Bu arada Bakıda sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər. Bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin bu gün yaydığı məlumatda belə deyilir.

Məlum olur ki, elektron xəritədə bütün yolların, zolaqların, yol nişanları və svetoforların, körpü və tunellərin, ünvan məlumatlarının əks olunması, həmçinin onların asanlıqla yenilənmə imkanının yaradılması nəzərdə tutulub: Sitat: "Bununla da yollarda yaranan problemlər (qəza, tıxac, təhlükəli hallar və s.) barədə sürücülər tərəfindən DİN NİİM-ə elektron qaydada məlumatların ötürülməsi və mobil telefonların orta sürət sensoru qismində istifadəsi təmin ediləcək. Böyük Britaniyanın və Türkiyənin coğrafi informasiya sistemləri üzrə təcrübəli mütəxəssislərinin cəlb edildiyi layihə çərçivəsində Bakı şəhəri üzrə 6 min 235 km ərazidə çəkilişlər aparılıb. Hazırlanmış xəritə məlumatları vətəndaşlar tərəfindən istifadə ediləcək mobil tətbiqdə öz əksini tapacaq. Adıçəkilən tətbiq vasitəsilə vətəndaşlar xəritə üzərində müvafiq ərazilərdə aparılan təmir işlərinin, qəza hadisələrinin, tıxacların olmasını müşahidə edə biləcəklər. Bununla yanaşı, gələcəkdə tətbiq vasitəsilə vətəndaşların videomüşahidə kameraları vasitəsilə yollardakı vəziyyətə real vaxt rejimində baxış keçirə bilməsi də mümkün olacaq. Ümumilikdə, mobil tətbiqin gələn il ərzində istismara verilməsi nəzərdə tutulur", -məlumatda deyilir.

Bu o deməkdir ki, sürücülər və paytaxt qonaqları nə vaxtsa MTK-ların və bəzi tamahkar iş adamlarının Bakıdakı göydələnlərinin sayəsində yaranmış tıxac probleminin həllindən gözünü çəkməlidir. Hamı tıxaclar barədə danışır, amma onun aradan qaldırılması barədə layihələrdən bəhs edən yoxdur... Beləliklə, sürücülərə tıxaclı yolları deyil, tıxac olmayan yolları göstərmək, nişan vermək lazımdır. Bakıda isə tıxac olmayan yol varmı? Bu layihəyə bir ətək pul xərcləməyə dəyməzdi. Çünki Bakının onsuz da bütün yolları tıxaclıdır. Bunu isə sürücülər yaxşı bilir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN