Paytaxt Bakıdakı tıxac problemi hamını böğaza yığıb.

Günün böyük bir hissəsini tıxaclarda keçirməli olursan. Bu, jurnalistlər üçün daha çətindir, çünki gün ərzində dəvət edildiyin, iştirak etməli olduğun tədbirlərə zamanında yetişə bilmirsən..

Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev də paytaxtdakı tıxacların artıq dözülməz həddə çatdığını, bu məsələnini həlli ilə bağlı hansısa tədbirlər görülməyin vacibliyini bildirib.

Razi Nurullayev bu barədə sosial şəbəkə hesabında həm post paylaşıb, həm də videomüraciətində bildirib.

"Tıxaclar dözülməz olub. Hər kəs saatlarla yollarda qalır. Toplantılar belə vaxtında başlaya bilmir. Nələrsə düşünülməlidir. Çünki, vəziyət heç də ildən-ilə yüngülləşməyəcək, əksinə ağırlaşacaq. Vaxt gələr ki, şəhər tam iflic olar. Konkret olaraq ciddi addımlara və layihələrə ehtiyac var", - deyə Razi Nurullayev diqqətə çatdırıb.

Görünən budur ki, paytaxtda vəzifəsindən asılı olmayaraq (bəzi istisnalarla), hamı tıxacların əsirinə çevrilib. Hamı dilə gəlib, hətta deputat da... Biz də bu məsələnini həllində MM-dən hərəkət gözləyirik, həm də tezliklə.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN