Bu gecə saatlarında Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.

Bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.  Belə ki, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir. İki qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub. Briqadalar hazırda hadisə yerindədir.

Qeyd edək ki, yanğın söndürülüb. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb.

Yanğının səbəbləri araşdırılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN