"İslam dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək

Azərbaycan Mədəniyyət Nazirliyindən "Təzadlar"a göndərilən məlumatda deyilir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında müzakirə aparılıb. Tədbirlərdə nazirlər, səfirlər, üzv dövlətlərin nümayəndələri, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib və COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb. İclasda Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib. 
Xatırladaq ki, bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO və üzv ölkələrə təşəkkür edilib və onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunublar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN