«Təzadlar»ın dünənki buraxılışında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun əməkdaşı Günel Aslanlının ona qarşı olan problemli münasibətlə bağlı əvvəlcə kiçik qeydləri, sonra isə müsahibəsi yayımlanmışdır.

Dünən institutun baş direktoru Kərim Şükürovun cavab haqqı tanınaraq göndərdiyi rəsmi mövqeyi yayımlanmışdır. Bu gün isə daha iki şöbə müdiri redaksiyaya öz mövqelərini yazıb göndərmişlər. Aşağıda olduğu kimi təqdim edirik:

«"Təzadlar" saytının rəhbərliyinə!
Rəhbəri olduğunuz saytın 17.01.2024-cü il tarixli buraxılışında də getmiş "AMEA-nın Tarix İnstitutunda qalmaqal" başlıqlı materialda və Günel Aslanlının 18.01.2024-cü il tarixdə saytınızda getmiş müsahibəsində rəhbərlik etdiyim "Əliyevşünaslıq" şöbəsinin adı hallandırıılmışdır. Vurğulamaq istərdim ki, İnstitutun iki qadın əməkdaşı arasında mövcud olan münaqişə ilə bizim şöbəmizin heç bir əlaqəsi yoxdur. Nəzərinizə çatdırmaq istərdim ki, bu məsələyə hüquq-mühafizə orqanlarında baxılmış və rəsmi münasibət bildirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq mənim bu müraciətimin saytınızda getməsini təmin etməyi Sizdən xahiş edirəm.

Hörmətlə,

 Ədalət Qasımov,

AMEA Tarix İnstitutunun «Əliyevşünaslıq» şöbəsinin müdiri, tarix elmləri doktoru».

***

"«Təzadlar» qəzetinin rəhbərliyinə

Bildirirəm ki, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu son 3 ildə özünün intibah dövrünü yaşayır. Kərim Şükürovun İnstituta direktor təyin olunmasından sonra aparılan struktur dəyişiklikləri Azərbaycan tarixinin problemlərinin araşdırılmasına yönələn elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Son 3 ildə Tarix və Etnologiya İnstitutunun çap etdirdiyi kitablar elmi səviyyəsinə görə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Bu gün institut K.Şükürovun məqsədyönlü fəaliyyətinin nəticəsində beynəlxalq aləmdə tanınmağa başlamışdır. Təbii ki, institut rəhbərliyi tərəfindən əməkdaşlara göstərilən tələbkarlıq bəzilərinin xoşuna gəlməmişdir. Onlar özlərinin şəxsi məqsəd və niyyətlərini niyyətlərini ört-basdır etmək üçün müxtəlif məzmunlu yazılarla görülən işlərə kölgə salmaq, şər-böhtan atmaqla “məqsədlərinə” çatmaq istəyirlər. Qətiyyətlə yazılanları təkzib edir, əməkdaşları vahid məqsəd ətrafında birləşməyə dəvət edirəm. 

Hörmətlə:

Mais Əmrahov,

Tarix və Etnologiya İnstitutu «Azərbaycan Respublikasının tarixi» şöbəsinin müdiri,

Tarix elmləri doktoru, professor».

«Təzadlar»dan: inanırıq ki, Tarix və Etnologiya İnstitutunda yaranmış bəzi süni narazılığa tezliklə son veriləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN