Türkiyənin Eskişehir şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diaspor Komitəsindən "Təzaqdlar"a verilən məlumatda bildirilir ki, Eskişehir Azərbaycanlıları Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə dərnəyin sədr müavini Sirac Yaquboğlu və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Aygün Qocayeva çıxış ediblər. 20 Yanvar hadisələrinə gətirib çıxaran ictimai-siyasi proseslər, sovet imperiyasının Azərbaycan xalqının haqq səsini boğmaq məqsədilə Bakıda və ölkəmizin digər bölgələrində hərbi cinayət törətdiyi, bu faciənin ölkəmizin müstəqilliyinə gedən yolda dönüş nöqtəsinə çevrildiyi barədə ətraflı məlumat verilib. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ilə 20 Yanvar şəhidlərinin ruhunun şad olduğu vurğulanıb. Tədbir 20 Yanvara həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN