Ermənistan KİV-lərinin yazdığına rəğmən, bu gün Xankəndində qondarma «DQR»ın qondarma və sarsaxqulu «prezidenti» Araik Harutyunyanın rəhbərliyi ilə bu saxta qurumun yaranmasının 30 illiyi münasibətilə bayram tədbiri keçirilməli idi. Amma Araik bu bayramın ona qara bayram ola biləcəyini anlayıb geri çəkildi.

Tanınmış hüquqşünas Aslan İsmayılov bu məsələyə dair maraqlı çıxış edib:

-Bu gün bir çoxları Xankəndidə keçiriləcək paraddan məyusluq hissi keçirir və hakimiyyəti buna yol verməməyə çağırır. Bu sırada geopolitikanı, regionumuzda baş verənləri bilməyənlərin həyacanlarını anlayıram və bölüşürəm. Ancaq baş verənləri anlayıb şou, tərəfdaş yığmaq, qəhrəman olmaq xətrinə "Xankəndini vurmaq lazımdır" deyənləri isə çox təhlükəli sayıram. Bunların da sırasında nəyin bahasına olursa olsun ölkədə vəziyyəti gərginləşdirmək və havadarlarının köməyi ilə hakimiyyətə gəlmək istəyənləri isə çox yaramaz sayıram, çünki belələri hakimiyyətə basqı etməklə onu təxribata çəkmək və Rusiya ilə üz-üzə qoymaq istəyirlər. Özü də bu çağırışları edənlər 44 gün susanlardır. Onlar çox yaxşı bilirlər ki, bu gün orada parad təşkil edən Ermənistan hakimiyyəti yox Rusiyadır! Hesab edirəm ki, bu gün hakimiyyət ən düzünü edir. Rusiyanı qıcılandırmamaq, ətrafındakılara görk olsun deyə, haradasa böyük qan tökmək istəyənlərə bəhanə vermək lazım deyil. Qısa müddətdə Qarabağda aparılan, strateji əhəmiyyət daşıyan, erməniləri dəlilik səviyyəsinə gətirən layihələrin həyata keçirilməsinin özü ən böyük uğurdur. Biz ancaq bu cür 44 günlük Şanlı Qələbəmizin nəticələrini möhkəmləndirməliyik. Görünən odur ki, hakimiyyət lazım olanı səhv buraxmadan, kimlərəsə bəhanə vermədən çox məharətlə həyata keçirir. Bu soyuqqanlılığın ermənilərdə isteriya yaratdığını hər gün görürük. Xankəndində işığın, suyun olmadığı bir vaxtda Şuşada aparılan tikinti işləri, keçirilən tədbirlər bunun göstəricisidir. Bu günlərdə yayılan, qaranlığa qərq olmuş Xankəndindən işıq saçan Şuşanın görüntüsünün erməniləri məhv etməsinə heç kimin şübhəsi olmasın. Hakimiyyətin bu gün görəcəyi əsas iş Qarabağdakı işləri davam etdirməklə ölkədə kasıb təbəqənin güzaranının yaxşılaşdırılmasına nail olmaqdır. 44 günlük müharibə bizə göstərdi ki, hisslərə qapılıb "lazım hanı", "Xankəndini vur" deyənləri deyil, doğru məqamı səbrlə gözləyib hədəfə vuranları dinləmək lazımdır.

***

Beləcə, gözlənildiyi kimi də oldu. «Sputnik Armeniya» yazır ki, İrəvandan 20 nəfərdən ibarət “adi nümayəndə heyətinin” gəlişi haqda anons verilsə də, «DQR» rəhbəri Xankəndidə heç bir bayram tədbiri olmayacağını bəyan edib. «Dqr»ın mətbuatı sayılan «Qarabağın səsi» saytı isə yazıb ki, Xankəndidə müvəqqəti məskunlaşmış  ermənilər və Ermənistan parlamentinin nümayəndə heyətinin üzvləri 3 müharibədə (1991, 2016, 2020) həlak olanların xatirəsinə gül dəstələri qoyacaqlar və bununla da mərasim bitmiş sayılacaq. Araik Arutyunyan isə Qarabağda müvəqqəti yaşayan ermənilərə özünün fb səhifəsində bir cümləlik müraciət yayıb: “Bizim tarixi məsuliyyətimiz var: burada yaşamaq və yaratmaq. Bu yolda uğurlarımız və itkilərimiz oldu”.

Vəssalam!!!

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN