Bir müddətdir Yaxın Şərqdə baş verən hadisələrlə bağlı “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və

bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir. Tezadlar.az "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatlara istinadla bildirir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058); Dubay-Bakı (J2 016) reysləri təhlükəsizlik məqsədilə hələki baş tutmur. QSC rəhbərliyi xahiş edir ki, sərnişinlər və ya onların yaxınları hər hansı suallar yarandıqda, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

İnanaq ki, tezliklə gecikən sərnişinlər mənzil başına rahat çatacaqlar.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN