Jurnalistlərin Ağgol Milli Parkına mediaturu uğurla başa çatmaqdadır...
Ekokogiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Ağgöl Milli Parkına mediatur zamanı jurnalistlərə açıqlamasında maraqlı faktları açıqladı. Sitat: "...Biləsiniz ki, Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayım zamanı parkda 87 baş ceyran qeydə alınıb... Bu iş bundan sonra da davam etdiriləcək...".
Arzu Babayeva Milli Parkda fauna və flora müxtəlifliyi ilə bağlı aparılan işlərdən də danışdı, jurnalistlərin suallarını cavablandırdı. Həmçinin qeyd etdi ki, hazırda milli parkda balalama dövrünü yaşayan xeyli sayda ceyran vardır. "Bu isı o deməkdir ki, Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir. Və bu işlər davablıdır...".
Jurnalistlər mediaturda Ağ göllə və Milli Parkın digər əraziləri ilə də yaxından tanış oldular.
Sonda xatirə şəkli çəkdirildi.
AĞgöl Milli Parkından:
Yasəmən Məmmədli