Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə müvəkkili - ombudsmanı Elmira Süleymanova 87 yaşında dünyasını dəyişib.

TEZADLAR.AZ xəbər verir ki, mərhum ombudsmanla Təzə Pir məscidində vida mərasimi keçirilir.

Qeyd edək ki, 17 il ombudsman vəzifəsində çalışmış  Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN