Stokholmda (İsveç) Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin doğumunun 140 illiyinə həsr edilmiş konfrans həm də qiymətli kitabların təqdimatı ilə əlamətdar olmuşdur.
 Tezadlar.az xatırladır ki, İsveçdəki “Qobustan” Azərbaycan Aydınlar ocağının təşkilatçılığı ilə keçirilən yığıncaqda məruzə ilə çıxış edən professorlar-Solmaz Rüstəmova-Tohidi və Qulu Məhərrəmli konfrans çərçivəsində öz kitablarını təqdim ediblər. Konftans iştirakçıları tarixçi-alim S.Tohidinin tərtib etdiyi "İkinci Beynəlxalq Rəsulzadə qiraətləri" toplusunu,  həmçinin professor Q.Məhərrəmlinin Bakıda və Təbrizdə nəşr olunmuş "Məmməd Əmin Rəsulzadə" kitablarını çox maraqla qarşılayıblar.
 
Toplantının təşkilatçısı olan  "Qobustan" cəmiyyətinin sədri, Geteburq universitetinin professoru Səadət Kərimi Cümhuriyyət banisi Rəsulzadəni tanıtmaq baxımından hər iki kitabın xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. İsveçdə yaşayan kinorejissor Rahim Sadıqbəyli isə hər iki nüfuzlü müəllifin M.Ə.Rəsulzadə irsini tanıtmaq sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir.
 
 Adı çəkilən kitablar konfransın sonunda müəllif imzası ilə Azərbaycan icmasının fəallarına, yerli diaspor təşkilatlarlna və ölkəmizin İsveç Krallığındakı səfirliyinin nümayəndələrinə hədiyyə edilmişdir.
 Azərbaycanın dövlət adına və təbliğatına hesablanmış belə qiymətli əsərlərin dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət daşıyır...
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN