İşğaldan azad edilmiş ərazilərə nə qədər çox xarici qonaqlar səfər edərsə, bu Ermənistanın işğalçılıq siyasətinin nədən ibarət olduğunu sübut edən gerçək həqiqət kimi ortada olar...

Elə bu məqsədlə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də Qarabağa növbəti səfəri başlayıb. Tezadlar.az Azərbaycan XİN- ə istinadla bildirir ki, Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar. Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində Laçında COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər. Həmçinin diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro- Sənaye Parkını və Hoçazfilm kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.

Qarabağın Azərbaycan olduğunu sübut etməyin ən yaxşı yolu həm də budur!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN