Nəhayət, Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi baş nazir İrakli Kobaxidzenin yaydığı məlumatla bağlı bəyanat yayıb.

Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, Varhelyi onun telefon danışığının konkret hissəsinin kontekstdən çıxarılmasından narahatlığını ifadə edib. O bildirib ki, Gürcüstanın baş naziri ilə söhbətdə yüksək qütbləşmə səviyyəsinin hətta Avropanı nə qədər uzağa apara biləcəyinə misal kimi Slovakiyanın faciəvi hadisəsi göstərilib. Sitat:  “Gürcüstanın baş nazirinin bəyanatına gəlincə, telefon danışığımın konkret hissəsinin kontekstdən çıxarılmasına görə təəssüfləndiyimi bildirmək istəyirəm. Qonşuluq və Genişlənmə Siyasətinə cavabdeh olan Avropa komissarı kimi mən öz mövqeyimə uyğun olan ölkələrin hökumətlərinin rəsmiləri ilə daim əlaqə saxlayıram, çünki birbaşa siyasi fikir mübadiləsi üçün kommunikasiya xətləri həmişə açıq olmalıdır. Gürcüstandakı hazırkı siyasi vəziyyətdə mən çox səy göstərdim ki, Gürcüstanın siyasi rəhbərliyini Gürcüstanın Avropa İttifaqına gedən yoluna xələl gətirə biləcək “xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməməyə inandırım. Gürcüstan cəmiyyətinin güclü avropapərəst əhval-ruhiyyəsini tam başa düşərək, telefon danışığım zamanı Baş nazirin diqqətini bu qanunun qəbulu ilə onsuz da kövrək olan vəziyyəti daha da ağırlaşdırmamağın vacibliyinə cəlb etməyi zəruri hesab etdim. Bu baxımdan, Slovakiyada baş vermiş son faciəli hadisəni xatırladım və yüksək qütbləşmənin hətta Avropada belə cəmiyyəti nə qədər uzağa apara biləcəyinə misal kimi göstərdim. Bir daha qeyd edim ki, telefon danışığım tamamilə yanlış şərh edilərək ictimaiyyətə təqdim edilib. Mən bir daha Gürcüstan rəsmilərini bu qanunu qəbul etməməyə çağırıram. Mən də Gürcüstanın hörmətli dostu kimi bunu xahiş edirəm. Mən Gürcüstanın Avropanın gələcəyi istiqamətində fəaliyyətini dəstəkləməkdə davam edəcəm”.

Tezadlar.az Gürcüstan mediasına istinadla xatırladır ki, baş nazir İrakli Kobaxidze sosial şəbəkədə bəyanat yayıb və burada Avropa komissarı ilə telefon danışığının təfərrüatları barədə açıqlama verib. Baş nazir qeyd edib ki, Avropa komissarı ona bildirib ki, prezidentin “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə vetosunu aşsa, Qərb siyasətçiləri bəzi tədbirlər görə bilər və eyni kontekstdə o, Slovakiyada baş nazirə qarşı törədilən “terror aktı”nı xatırladıb.

Siyasi qalmaqal isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN