Nəhayət, Sarkisyan və Koçaryanların... bütün təsir və təzyiqlərinə baxmayaraq Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub. Sitat: "Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub".

Beləliklə, Azərbaycan hələlik Sovet dövründə müəyyənləşdirilmiş sərhədlərinə qayıfır, Ermənistanın siyasi rəhbərliyi isə davamlı olaraq  işğal etdiyi ərazilərdən könüllü olaraq geri çəkilir... Bu həm də tarixi səhvlərin etirafı deməkdir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN