Ötən gün Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində yaralananların sayı 39-a yüksəlib, 10 nəfər ölüb.

Tszadlar.az "Anadolu"ya istinadla bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün x səhifəsində məlumat verib. Sitat: “Diyarbəkirdən İstanbula gedən sərnişin avtobusu Mərsin şəhərinin Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Təəssüf ki, qəzada, ilkin məlumatlara görə, 10 vətəndaşımız həyatını itirib, 39 vətəndaşımız isə yaralanıb”. Zəncirvari qəzanın günahkarının kimliyi və səbəbləri araşdırılır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN