"Sadəcə hazkimiyyət orqanları ilə yaxşı əməkdaşlıq edib, arxada xarici donorların sifarişini yerinə yetirənləri müəyyən etmək bir qədər çətindir". ***
ABŞ-ın sərt təsir (Hard Impact) donoru olan NED (The National Endowment for Democracy) bəzi ölkələrə verdiyi qarnatlar barədə yalnız ümumi məlumatı dərc edirdi.
2013-cü ildən Azərbaycan 3-cü ölkələr vasitəsi ilə maliyyələşmə sxeminə keçirildikdən sonra Azərbaycana verilən qrnatların istiqamətləri (adları, amma bəzən adları qəsədn ümumi yazıb iz itiridilər) açıqlanırdı. Axırıcı dəfə 2022-ci il göstəriciləri açıqlandı. Amma sonradan silindi və artıq heç bir ölkə üzrə açıqlama verilmir.
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri tanınmış QHT rəhbəri, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov sosial media hesabında etdiyi paylaşımda bildirib.
Onun sözlərinə görə, görünür gizli qarant alanların müraciətini nəzərə alıblar - tam gizli saxlamaq üçün.
"Amma gizli saxlamaq da mümkün deyil. Onsuz da fəaliyyətdən bilinir ki, kim nə edir və hansı donorun maliyyəsi ilə. Sadəcə hazkimiyyət orqanları ilə yaxşı əməkdaşlıq edib, arxada xarici donorların sifarişini yerinə yetirənləri müəyyən etmək bir qədər çətindir. Amma onları da müəyyən etmək mümkündür. Onlar əsasən satillit təşkilatları və sıx əməkdaşlıq (qara əməkdaşlıq da demək olar) etdikləri QHT-lər və ya media orqanları vasitəsi ilə alırlar. Özləri icra prosesində görünmür, amma himayə edirlər", - deyə Sahib Məmmədov qeyd edib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN