Bu günlərdə media üzərindən apardığımız araşdırmalardan məlum olur ki, Azərbaycanda bir sıra tənqidçi media qurumlarında fəaliyyət göstərən şəxslərdən biri də Avropada peyda olub.
Bu adam indi də Avropada mühacir həyatı yaşamaqla, sanki dövlətimizə qarşı qənim kəsilib. Belə insanlar doğulub boya-başa çatdıqları ölkəyə xəyanət etməyi özləri üçün xüsusi vəzifə seçiblər. Bu insanlar Azərbaycan hakimiyyətinə və onun prezidentinə qarşı olmazın təhqirlərini səsləndirməklə öz təzyiq və təhdidlərini davam etdirirlər. Azərbaycanın siyasi hakimiyyətinə qarşı müxalif mövqedə dayanan və radikal çıxışları ilə gündəmə gələnlərdən biri də Natiq Həziquliyevdir. Bu şəxs Orxan Ağayevə, Qabil Məmmədova və Orduxan Temirxan kimi hakimiyyət əleyhdarlarına qoşularaq Avropa küçələrindən olmazın təhqirlərini söyləyir. Bu kimi xainlər xaricdən aldıqları maliyyə hesabı qarşılığında Azərbaycan Respublikasının Prezidentini təhqir etməyi özlərinə öhdəlik götürüblər. Amma ölkə rəhbəri İlham Əliyev və onun hakimiyyətinin yürütdüyü ağıllı siyasət, belə radikalların arzusunu gözlərində qoyacaq. Odur ki, Orxan Ağayev, Qabil Məmmədov, Orduxan Temirxan və Natiq Həziquliyev kimi radikalların qarşısı vaxtında alınmalıdır ki, ölkəmiz üçün xoşagəlməz hallar baş verməsin.
Belılərinin məqsədi və məramı bəllidir. Odur, inanırıq ki, Azərbaycan DTX bu niyyətlilərlə lazımi tədbirlərini görəcək. Çünki sağlam tənqidi hamı qəbul edir, amma məqsədli şəkildə, açıq-aşkar formada sifarişlə təhqirə baş vuranların qarşısı alınmalıdır, onlar hüquqi müstəvidə cəzalandırılmalıdır.
A.Məmmədli